Keçmiş `zek` həbs edildi


15:59     07 Noyabr 2016 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

Azərbaycanda qəsdən adam öldürdüyü üçün axtarışa verilən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi bu il sentyabrın 6-da İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş Canbulad Hüseynov münaqişə zəminində həmkəndlisi Hikmət Feyzullayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən H.Feyzullayev orada ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 914